Arif Qasımov səyyar qəbul keçirib

arif-qasimov-seyyar-qebul-kecirib
Oxunma sayı: 672

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun Keşlə qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib

“Qafqazinfo” xəbər verir ki, dünən 201 №-li tam orta məktəbdə İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Keşlə qəsəbəsi, Zakir küçəsi 2-29, Yenikənd küçəsi 2-24, Ə.Əzimzadə küçəsi 2-23, A.Mirzəyev küçəsi 1-74, T.Bədəlov küçəsi 2-38, I Köndələn küçəsi 5-23 ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul-görüş keçirilib.

Arif Qasımov prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar qəbul və görüşlər keçirildiyini bildirib və belə görüşlərin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi məqsədi daşıdığını qeyd edib.

Səyyar qəbulda vətəndaşlar su, qaz və işıq təchizatının yaxşılaşdırılması, kanalizasiya xəttinin çəkilməsi, küçə işıqlarının bərpa edilməsi və digər sosial problemlərlə bağlı icra başçısına müraciət ediblər.

Sakinlər tərəfindən səsləndirilən rəy, təklif və problemlər dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.