Arının sancdığı müəllim yıxılıb öldü - Yenilənib

arinin-sancdigi-muellim-yixilib-oldu
Oxunma sayı: 3147

Tovuzda orta məktəb müəllimi ölüb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Tovuz rayonunun Mahir Ələkbərov adına orta məktəbdə çalışan 1963-cü il təvəllüdlü Rüstəmov Ələsgər Əli oğlunu arı sancıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

***

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə.Rüstəmov öz evinin damını təmir edərkən orada onu arı sancıb. Müvazinətini itirən müəllim yerə yıxılıb və bu zamanı başı daşa dəyib. Tarix müəllimi olan Ələsgər Rüstəmov hadisə nəticəsində vəfat edib.