Arıqlamaq istəyənlər üçün – - inqilabi yenilik

ariqlamaq-isteyenler-ucun-
Oxunma sayı: 2864


“Qafqzinfo” “AzərTAc”a istinadən xəbər verir ki, preparatın əsasını “iştaha hormonu” adlandırılan liraqlutid təşkil edir. Onun köməyi ilə orqanizmin guya doyması effekti yaranır. “The Telegraph” qəzeti yazır ki, preparat artıq bu il satışda olacaq.

İki ölçü arıqlamaq üçün pasiyent gündə bir dəfə bu preparatın iynəsini vurdurmalıdır. Eksperimentin nəticələri göstərib ki, hər gün səhər yeməyinədək liraqlutid iynəsi vurulmuş qadınlar il ərzində 8,6 kiloqram arıqlayəblar. Bu hormon nəinki doyma hissi yaradır, həmçinin şəkərin artma riskini azaldır, qan təzyiqini aşağı salır və hətta Altsgeymer xəstəliyinin inkişafının qarşısını alır.

Liraqlutid istehsalı ilə “Novo Nordisk” şirkəti məşğul olur. O, şəkər xəstəliyinin müalicəsi vasitəsi kimi istifadə edilir. Görünür, tezliklə ondan arıqlama vasitəsi kimi də daha geniş istifadə olunacaq.