Arşavin arvadından boşandı

arsavin-arvadindan-bosandi
Oxunma sayı: 1810

Qazaxıstanın “Kayrat” futbol klubunun rusiyalı hücumçusu Andrey Arşavin həyat yoldaşı Alisa Kazminadan boşanıb.

“Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi məlumata görə, boşanmaq istəyən əsas tərəf Kazmina olub.

“Andreydən ayrıldım. Hər şeyi bitirdim. Biz artıq birlikdə deyilik. Xahiş edirəm ki, məni bu məsələ ilə bağlı narahat etməyin. Böyük insanlar mübahisə etmirlər. Onlar qərar qəbul edir və gedirlər”, - deyə A. Kazmina bildirib.

Xatırladaq ki, 36 yaşlı Arşavinlə 35 yaşlı Kazmina 2016-cı il sentyabrın 1-də evlənmişdi. Fevralda onların qızı Yesenya dünyaya gəlmişdi.