Arşavin Azərbaycana həftəyə 100 minə gəlir

arsavin-azerbaycana-hefteye-100-mine-gelir
Oxunma sayı: 645

“Qafqazinfo” “Sovetskiy Sport” qəzetində Arşavinlə bağlı çıxan xəbəri təqdim edir: “Deyilənlərə görə Azərbaycan oliqarxları Arşavini Azərbaycana gətirmək istəyirlər və ona həftəlik 100 min funt-sterlinq təklif etmək niyyətindədirlər. Təbii əgər Arşavin “Arsenal”ın ehtiyat oyunçular skamiyasında oturmaqdan yorulsa, bu transfer baş tutacaq. Elə düşünürsüz ki, bu fantastikadır?

Arşavin və onun həyat yoldaşı Yuliya artıq Azərbaycanda istirahət edəcəkləri yerləri belə müəyyənləşdiriblər. Qəbələdə yerləşən Dəmiraparançay cütlüyün çox xoşuna gəlib. Həm də onlar Xəzərin çimərliklərini istirahət etmək üçün daha ideal yer olaraq qiymətləndirirlər. Arşavin artıq ağsaqqallarla tanış olub, yerli rəqsləri öyrənib, qəlyan çəkməyi isə o, əvvəldən bacarırdı.

İqbal