İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Arsenal” evdə “Lester Siti”yə 3:1 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə xalını 21-ə çatdıran “Arsenal” 4-cü pillədə qərarlaşıb. “Lester Siti” isə 12 xalla 11-ci pilləyə enib.
Qeyd edək ki, ilk iki pillədə aktivlərində 23 xal olan “Mançester Siti” və “Liverpul” qərarlaşıb.
“Arsenal” - “Lester Siti” - 3:1
Qollar: Məsut Özil, 45, Pyer-Emerik Obameyanq, 63, 66 - Hektor Belyerin, 31 (avtoqol)