“Arsenal” azərkeşləri Van Persinin formasını yandırır - Foto

arsenal-azerkesleri-van-persinin-formasini-yandirir-foto
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi məlumata görə, azarkeşlər hollandiyalı futbolçunun “Twitter” hesabını “atəşə tutublar”.
Fanatlar burada Van Persinin ünvanına sərt ifadələr yazıb, hətta onu təhqir ediblər. Bununla ürəyi soyumayan “Arsenal”lılar yeni kampaniyaya başlayıb. Onlar 29 yaşlı forvardın formasını yandırıb bu görüntüləri internetə yükləyirlər.
Qeyd edək ki, Van Persi 30.5 milyon avro qarşılığında “Mançester Yunayted”ə transfer olunub. Bununla “Arsenal” son 7 ildə 4-cü dəfə komandanın kapitanını satıb.

Ceyhun Əhmədov