“Arsenal” - “Qarabağ” oyunu ilə bağlı iş açıldı

arsenal-qarabag-oyunu-ile-bagli-is-acildi
Oxunma sayı: 3056

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Qarabağ”ın səfərdə “Arsenal”a 0:1 hesabı ilə məğlub olduğu oyunla bağlı intizam işi açılıb.

“Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, oyunda 2 fakt üzrə nizam-intizam qaydaları pozulub.

Bunlardan biri azarkeşin Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydançaya daxil olmasıdır. Digər isə matçın start fitinin gec çalınması ilə bağlıdır.

Hər iki məsələ ilə bağlı UEFA-nın 2019-cu il fevralın 21-da keçiriləcək iclasında qərar veriləcək.

“Arsenal”ın azarkeşin etdiyi hərəkətə görə cəzalanacağı gözlənilir.