“Arsenal” – “Qarabağ” oyununun hakimləri bəllidir

arsenal-qarabag-oyununun-hakimleri-bellidir
Oxunma sayı: 1092

Avropa Liqasının qrup mərhələsinin son turunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.

“Qafqazinfo”nun UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı danimarkalı hakimlər birqadası idarə edəcək.

Matçı Yens Qrabski Maae idarə edəcək. Onun koməkçiləri Lars Hummelqaard və Heyne Sorensen olacaq. Dördüncü hakim funksiyasını Yesper Dal yerinə yetirəcək.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək.