“Arsenal” “Qarabağ”a qarşı ikinci heyətlə oynayacaq

arsenal-qarabaga-qarsi-ikinci-heyetle-oynayacaq
Oxunma sayı: 1930

Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ” səfərdə “Arsenal”la qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, növbəti mərhələyə vəsiqəni 2 tur öncə təmin edən "topçular" "Qarabağ"la matça ikinci heyətlə çıxacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Unai Emeri əsas heyət üzvlərini Premyer Liqada həftəsonu "Sauthempton"la səfər görüşünə saxlayacaq.

Londonda "Emireyts" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.