“Arsenal” “Renn”in arzusunu ürəyində qoydu - Video

arsenal-rennin-arzusunu-ureyinde-qoydu
Oxunma sayı: 1345

Avropa Liqasında daha bir ¼ finalçı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, ilk matçda səfərdə gözlənilmədən “Renn” klubuna 1:3 hesabı ilə məğlub olan “Arsenal” cavab matçında geridönüş etməyi bacarıb.

London təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək ümumi hesabda 4:3 qalib gəlib və ¼ finala vəsiqə əldə edib.

“Arsenal” - “Renn” - 3:0

5 - Obameyanq

15 - Meytlend-Nils

72 - Obameyanq

İlk oyun: 1:3