“Arsenal” uduzdu, kral gecəsi

arsenal-uduzdu-kral-gecesi
Oxunma sayı: 640

A qrupunda “PSJ” “Portu” üzərində 2-1 qalib gəlməklə qrupu lider kimi tamamlayıb. Qarlı hava şəraitində keçən “Dinamo Zaqreb” Dinamo Kiyev “ oyunu isə 1-1 başa çatıb. Nəticədə kiyevlilər “Avro Liqa”ya çıxıblar.

B qrupunda “Olimpiakos” “Arsenal”ı öz meydanında 2-1 məğlub etməyi bacarıb və “Avro Liqa”ya vəsiqə qazanıb. “Monpelye”nin qonağı olan Şalke isə 1-1 bərabərə qalmaqla qrupda liderliyini rəsmiləşdirib.

C qrupunda “Milan” “Zenit”ə 0-1 hesabı ilə məğlub olmaqla qrupu 2-ci yerdə tamamlayıb. “Zenit” isə mübarizəni “Avro Liqa”da davam etdirəcək. “Malaqa” isə öz meydanında “Anderlext”ə 2-2 hesabı ilə sülh bağlayıb və qrupda lideri olub.

İqbal