“Arsenal” üstünlüyünü qoruya bilmədi - Video

arsenal-ustunluyunu-qoruya-bilmedi
Oxunma sayı: 2407

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, “Arsenal” öz meydanında “Atletiko”nu qəbul edib.

Matçın əvvəlində “Atletiko” azlıqda qaldıqdan sonra təzyiqlərini artıran “Arsenal” istəyinə ikinci 61-ci dəqiqədə nail olub.

Lakin, London təmsilçisi bu üstünlüyünü sona qədər qoruya bilməyib. 81-ci dəqiqədə bərabərlik qolunu vuran “Ateltiko” matçdan sərfəli nəticə ilə ayrılıb.

“Arsenal” (İngiltərə) - “Atletiko” (İspaniya) - 1:1

Qollar: Lakazet, 61 - Qrizman, 82

Qırmızı vərəqə: Vrsaliko, 10