“Arsenal”ın 14 nömrəsi “Everton”a keçir

arsenalin-14-nomresi-evertona-kecir
Oxunma sayı: 938

İngiltərənin “Arsenal” klubunun 14 nömrəli yarımmüdafiəçisi Teo Uolkott “Everton”a keçməyə yaxındır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, 28 yaşlı futbolçunun artıq tibbi müayinədən keçmək üçün “Everton”un bazasına getdiyi bildirilir.

Tərəflər arasında yaxın günlərdə müqavilənin bağlanacağı gözlənilir.

Xatırladaq ki,  Uolkott 2006-cı ildən “Arsenal”ın şərəfini qoruyur.O, bu mövsüm Premyer Liqada cəmi 6 oyunda meydana çıxıb.