“Arsenal”ın Bakı planı

arsenalin-baki-plani
Oxunma sayı: 1937

“Arsenal”ın Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya səfər planı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə "topçular"ın baş məşqçisi Unay Emeri açıqlama verib.

İspaniyalı mütəxəssis mayın 20-də Londonda bir araya gələcəklərini bildirib. O, İngiltərə paytaxtında 3 gün hazırlıq keçdikdən sonra mayın 25-də Bakıya doğru hərəkət edəcəklərini söyləyib. Emeri Azərbaycan paytaxtında da daha 3 məşq gerçəkləşdirəcəklərini diqqətə çatdırıb.
 
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında “Arsenal”ın digər rəqibi “Çelsi” olacaq. Oyun saat 23:00-da başlanacaq.