“Arsenal”ın şərəf matçı

arsenalin-seref-matci
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2 cütün taleyinə bu axşam aydınlıq gələcək. “Arsenal” evdə “Milan”ı qəbul edəcək. İlk oyunda 4 cavabsız topla məğlub olan London təmsilçisinin növbəti mərhələyə vəsiqə qazanacağı inandırıcı görünmür. Bu səbəbdən “topçular”ın azarkeşlər qarşısında nüfuz üçün oynayacağı inandırıcıdır.

“Benfika” isə “Zenit”i qəbul edəcək. İlk qarşılaşmada Peterburq təmsilçisi 3:2 hesabı ilə qələbə qazandığından cavab görüşünün gərgin keçəcəyi proqnozlaşdırılır. “Benfika”ya 1:0 və 2:1 hesablı qələbə də kifayət edir.

23:45. "Arsenal" (İngiltərə) - "Milan" (İtaliya) (ilk oyun - 0:4)
23:45. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) (ilk oyun - 2:3)

Ceyhun Əhmədov