“Artıq Azərbaycan dövləti bu sahədə mühüm işlər görür”

artiq-azerbaycan-dovleti-bu-sahede-muhum-isler-gorur
Oxunma sayı: 631

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Q. Paşayeva bildirib ki, «AMM-in Xocalı soyqırımı ilə əlaqədar tədbirlərə start verməsi və ümumiyyətlə, bu ayı «Xocalı ayı» kimi dəyərləndirmələri Gürcüstan cəmiyyətində Xocalı soyqırımı ilə bağlı daha geniş məlumatların yayılması istiqamətində vacib və əhəmiyyətlidir: “Mən inanıram ki, bu tədbirlər çərçivəsində kəndlərdə, məktəblərdə gənclərlə, şagirdlərlə görüşlər keçiriləcək, onlara soyqırımın tarixi, onun tanıdılması ilə bağlı məlumatlar veriləcək. Xocalı faciəsinin gürcü ictimaiyyətinə çatdırılması olduqca vacibdir, çünki soyqırım bir xalqa qarşı deyil, insanlıq əleyhinə törədilmişdir. Gürcüstanda yaşayan hər bir azərbaycanlı, xüsusilə gənclər Gürcüstan cəmiyyətində hər kəsin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində səylərini bundan sonra daha da artırmalıdır. Cinayət törədilibsə, hökmən cəzalandırılmalıdır, çünki cəzasız qalan cinayət yenisinin də törədilməsinə səbəb olur. Artıq Azərbaycan dövləti bu sahədə mühüm işlər görür. Bunun nəticəsidir ki, Meksika və Pakistan kimi ölkələrdə Xocalı soyqırımını kəskin pisləyən qərarlar, qətnamələr qəbul edilmişdir. Biz bu soyqırımı törədənlərin həm tarix, həm də ədalət qarşısında cavab verməsinə nail olmalıyıq”.