Artıq çəkili qadınları təhqir etdi, efirdən uzaqlaşdırıldı

artiq-cekili-qadinlari-tehqir-etdi-efirden-uzaqlasdirildi
Oxunma sayı: 2862

Misirin “Al Hayat” telekanalının tanınmış teleaparıcısı Riham Səid efirdən uzaqlaşdırılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buna aparıcının artıq çəkili qadınları təhqir etməsi səbəb olub.

Qərarı Misirin Teleradio yayımı üzrə Ali Şurası verib.

Qeyd edək ki, Riham Səid aparıcısı olduğu “Sabaya” verilişində “kök qadınlar öz qadınlıqlarının bir hissəsini itirirlər, onlar həm ailələrinə, həm də dövlətə yük olurlar və onlara baxmaq xoş olmur” fikirlərini səsləndirib.