“Artıq Madriddə evim var” - Prosineçki

artiq-madridde-evim-var
Oxunma sayı: 636

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin "Qafqazinfo"ya müsahibəsi: 

-İddialara görə “Valensiya”dan təklif almısınız. Bu məsələ barədə nə deyə bilərsiniz?

- Bu barədə danışmaq istəmirəm. 

- Xarici mətbuatda yer alan məlumatlara görə özünüzə Madriddə ev almısınız. Bu, doğrudurmu?

- Artıq mənim Madriddə evim var. Amma məsələ ilə bağlı ətraflı məlumat vermək niyyətində deyiləm. 

- Millinin növbəti toplanışı nə vaxt olacaq? Ümumiyyətlə, planlar necədir?

- Bütün fikirlər hazırlıqlarla bağlıdır. Mayın 15-də komandamız bir araya gələcək və həmin ayın 20-də Avstriyaya təlim-məşq toplanışına gedəcəyik. İki yoldaşlıq oyunu keçirməyi planlaşdırmışıq. İyunun 3-də Bakıya qayıdacağıq və Şimali İrlaniya ilə oyunun son hazırlıqlarını ölkədə davam etdirəcəyik. Bütün fikirlərimiz vacib Şimali İrlandiya görüşünədir. Bu, Azərbaycan üçün ən vacibdir. Məncə, əldə etdiyimiz nəticə qrupdakı taleyimizi həll edəcək. 

- Yoxlama oyunlarında hansı millilərlə qarşılaşmağı planlaşdırmısız?

- Təəssüflər olsun ki, seçim imkanımız böyük deyil, danışıqlar gedir. Nə qədər güclü rəqib olsa, bizim üçün bir o qədər də yaxşıdır. Bu məsələ həll olan kimi açıqlama verəcəyik. 

- Toplanış zamanı və ya Şimali İrlandiya ilə oyunda millidə yeni ad görə bilərik?

- Mən fikirləşirəm ki, olmayacaq.

-Mayın 5-də ölkə kubokunun finalıdır. Oyunu izləmək üçün Naxçıvana gedəcəksiniz?

- Hələ ki, bilmirəm. Yaxın günlərdə qərar verəcəm. Əslində, finalda iştirak edəcək komandaların oyunçuların yaxşı tanıyıram və buna görə də qərarsızam.

Elsevər

Fotolar: Kamil Əmirli