Artur Rasi-zadə Nazirlər Kabinetinin iclasını çağırdı

artur-rasi-zade-nazirler-kabinetinin-iclasini-cagirdi
Oxunma sayı: 1916

Sentyabrın 21-də baş nazir Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə, sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə, həmçinin Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə, habelə büdcə zərfinə daxil olan bir sıra normativ hüquqi sənədlərin layihələrinə baxılıb.

Nazirlər Kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda maliyyə naziri Samir Şərifov və iqtisadiyyat naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.

Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırlanan “Azərbaycan Respublikasının 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin bəyənilərək, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan prezidentinə təqdim olunması qərara alınıb.