Artur Rasizadə dəyişikliyə qərar verdi

artur-rasizade-deyisikliye-qerar-verdi
Oxunma sayı: 4523


Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilməsi barədə qərar verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, qərarda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda aşağıdakı dəyişikliklər edilməsi əks olunur:

1. 4.1-ci bəndin birinci və üçüncü cümlələrində "mərkəzi məlumat bazasında" sözləri "mərkəzi informasiya sistemində" sözləri ilə əvəz edilsin.

2. 4.1-ci bəndin ikinci cümləsində və 5.2-ci bənddə "mərkəzi məlumat sisteminə" sözləri "mərkəzi informasiya sisteminə" sözləri ilə əvəz edilsin.

3. 4.1-ci bəndin ikinci abzasında "mərkəzi məlumat bazasının" sözləri "mərkəzi informasiya sisteminin" sözləri ilə əvəz edilsin.

4. 5.1-ci bənddə "mərkəzləşdirilmiş məlumat bazasında" sözləri "mərkəzi informasiya sistemində" sözləri ilə əvəz edilsin.