Artur Rasizadə Ketrin Eştonu qəbul etdi

artur-rasizade-ketrin-estonu-qebul-etdi
Oxunma sayı: 650

“Qafqazinfo”nun AzərTAc-a istinadən xəbərinə görə, Baş nazir xanım Ketrin Eştonun ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənəcəyinə təkan verəcəyini deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Artur Rasizadə söyləyib ki, bu problem yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Xanım Ketrin Eşton Azərbaycana səfərindən məmnunluğunu bildirib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.