Artur Rəsizadədən İvanaşviliyə rəsmi dəvət

artur-resizadeden-ivanasviliye-resmi-devet-
Oxunma sayı: 643


“Qafqazinfo”nun məlumatına görə, məlumatda baş nazirin dekabrın sonunda səfər edəcəyi təsdiqlənir: “Azərbaycanın Gürcüstandakı səfiri bu gün Azərbaycan baş naziri Artur Rəsizadənin rəsmi dəvətnaməsini İvanaşviliyə təqdim edib. Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfəri dekabrın sonunda baş tutacaq. Səfər çərçivəsində İvanaşvili prezident İlham Əliyev və azərbaycanlı həmkarı ilə görüşlər keçirəcək”.


Qeyd edək ki, bu, Bidzina İvanaşvilinin baş nazir kimi ikinci səfəri olacaq. İvanaşvili ilk rəsmi səfərini noyabrın ortalarında Belçikaya etmişdi.