“Arvad dedi, siqareti tulla...” - Baş nazir

arvad-dedi-siqareti-tulla-bas-nazir
Oxunma sayı: 666




Gürcüstan baş naziri Bidzina İvanişvili siqaretə qarşı mübarizəni sərtləşdirəcək.

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir ölkədə siqaretlə mübarizə üçün daha ciddi tədbirlərin görüləcəyini söyləyib.

İvanişvilinin sözlərinə görə, yeniyetmələr arasında içki və siqaretə tələbat çox olduğundan bütün ölkə əhalisi hökumətin bu təşəbbüsünə qoşulmalıdır: “Bu istiqamət üzrə nəzarəti amansızlaşdırmaq vacibdir. Siqarət çəkənlərə gəlincə isə, biz onların siqaretdən imtina etmələrinə kömək edə bilərik. Mən 10 il siqaret çəkdim. Lakin evlənəndən sonra həyat yoldaşım siqareti atmağımı məndən xahiş elədi və mən tərgitdim”.

Qeyd edək ki, Gürcüstanda siqaretə qarşı mübarizə kampaniyası aprelin sonunda başlayacaq.