Arvad əri bıçaqlayıb

arvad-eri-bicaqlayib
Oxunma sayı: 1843

Gəncədə 24 yaşlı qadın ərini bıçaqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, dekabrın 7-də Gəncə sakini 1991-ci il təvəllüdlü İbrahim İsmayılov sinəsindən və qarnından bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.

İ.İsmayılov ilkin ifadəsində həyat yoldaşını qorumaq üçün özü özünü bıçaqladığını deyib. Lakin araşdırma zamanı bəlli olub ki, onu münaqişə zəminində arvadı, 1994-cü il təvəllüdlü İsmayılova Günay Cuma qızı bıçaqlayıb.

İstintaq davam etdirilir.