Arvadı evdən gedən 3 uşaq atası özünü asdı

arvadi-evden-geden-3-usaq-atasi-ozunu-asdi
Oxunma sayı: 2404

Şabran rayonunun Güləmli yaşayış massivində yaşayan Cəmil Məmmədov intihar edib.

"Qafqazinfo" Criminal.az-a istinadən xəbər verir ki, 3 uşaq atası olan 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.

Verilən məlumata görə, intiharın səbəbi həyat yoldaşının Məmmədovu tərk etməsi olub. Belə ki, həyat yoldaşı Cəmil ilə mübahisə edib və uşaqları ilə birgə Qubaya – ata evinə gedib. Həyat yoldaşının ayrılığına dözməyərək intihar etməyi üstün tutan Cəmil intihardan öncə məktub yazıb: "Bahar mən səni çox sevirəm. Bağışla ki, qəlbini qırdım. Sənsiz yaşaya bilmərəm. Sənsiz yaşamaqdansa ölüm daha yaxşıdır”.

Ailənin 3 oğlan övladı var. Şabran rayon Prokurorluğunda intiharın səbəbləri araşdırılır. Faktla bağlı rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.