“Arvadı ilə aramda heç nə olmayıb” - Zərərçəkən

arvadi-ile-aramda-hec-ne-olmayib
Oxunma sayı: 4363

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhddə təqsirləndirilən Aqil Abdullayevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə A.Abdullayev deyib ki, Süleyman Abdullayevi onu dəfələrlə təhqir etdiyi üçün vurub: " O, mənim arvadım haqda artıq-əskik danışırdı. Süleymana "sənə nə var, mənim üç uşağım var, əl çək bizdən dedim". Hətta mənə mesajlar da yazırdı. Onu bıçaqla necə vurduğum yadımda deyil”. 

Zərərçəkmiş Süleyman Abdullayev isə hadisənin pul söhbəti üstündə baş verdiyini bildirib: “Onun arvadı ilə mənim aramda heç nə olmayıb". 

İttiham görə, 2017-ci il aprelin 2-də Sumqayıt şəhərində yaşayn 1998-ci il təvəllüdlü Abdullayev Süleyman Müseyib oğlu bıçaqlanıb. 20 yaşlı gənc dərhal xəstəxanayayerləşdirilib. Vəziyyəti ağır olsa da, həkimlər onun həyatını xilas edə biliblər.

Hadisəni törədən 1975-ci il təvəllüdlü Abdullayev Aqil saxlanılıb. O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur. Onun hadisəni namus üstündə törətdiyi bildirilib. 

Murad Əhməd