Arvadı və qızı intihar edən şəxs qəzetdə işləmir - Açıqlama

arvadi-ve-qizi-intihar-eden-sexs-qezetde-islemir
Oxunma sayı: 3494

“Respublika” qəzeti həyat yoldaşı və qızı intihar edən İsmayıl Allahverdiyevlə bağlı açıqlama verib.

Qəzetdən “Qafqazinfo”ya verilən məlumata görə, redaksiyada, ümumiyyətlə, İsmayıl Allahverdiyev adında əməkdaş olmayıb.

Qeyd edək ki, bu gün paytaxtın Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicənin  özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar ediblər. Ölən şəxslərin ailə başçısı İsmayıl Allahverdiyevin “Respublika” qəzetində baş redaktor müavini olduğu bildirilmişdi.