"Arvadım öldü" dedi, yalan çıxdı - Aktyordan görünməmiş hadisə

arvadim-oldu-dedi-yalan-cixdi
Oxunma sayı: 1216

Bu gün PrimeTime.Az saytı ilə əlaqə saxlayaraq həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini deyən aktyor Səbuhi Xanlarovun yalanı üzə çıxıb.

"Qafqazinfo" xəbər verir ki,  aktyorun bacısı Vəfa Xanlarova sayta zəng edərək məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: "Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, ailəmin vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".

Qeyd edək ki, bacısının zəngindən sonra Səbuhi Xanlarovla dəfələrlə əlaqə saxlamaq istənsə də, o sualı eşitdikdən sonra telefonun dəstəyini asıb. 

Ətraflı: http://www.primetime.az/news,26394,e81f38ad/page,1/lang,az/