Arvadına baxan taksi sürücüsünü öldürənə 17 il həbs

arvadina-baxan-taksi-surucusunu-oldurene-17-il-hebs
Oxunma sayı: 1658

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadına baxan taksi sürücüsünü öldürəkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədova hökm oxunub.

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə C.Əbdülməmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci il iyulun 16-da saat 11 radələrində Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Ağammədov Vasif Şirməmməd oğlu aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən Suraxanı rayon sakini Əbdülməmmədov Cavid Hacıməmməd oğlu həbs edilib. 

C.Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən V.Ağammədovun idarə etdiyi maşına minib. Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan S.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib və orada onu bıçaqlayıb, sonra isə könüllü olaraq polisə təslim olub.

Murad Əhməd