Arvadına mirvari mağazası açan filial müdirinə cəza istənildi

arvadina-mirvari-magazasi-acan-filial-mudirine-ceza-istenildi
Oxunma sayı: 813

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank"ın filial müdiri işləmiş Müşfiq Bayramov və digər 6 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatımda olan prosesdə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək M.Bayramovun 11 il 6 ay, Mübariz Gözəlovun 9 il, Vasif Həsənovun 5 il, Lalə İsgəndərovanın 4 il, Mehriban İsmayılovanın 4 il, Nuranə Qədirlinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.

Qeyd edək ki, “Zaminbank" ASC-də filial müdiri M.Bayramov və digərləri sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 41 min 300 manat pulu mənimsəməkdə təqsirləndirilir. O, bu pulla arvadı Aygün Bayramova üçün mirvari satışı mağazası açıb.

Murad Əhməd