Arvadına zəng edən bərbəri iş yerində öldürdü

arvadina-zeng-eden-berberi-is-yerinde-oldurdu
Oxunma sayı: 7559

Mingəçevirdə qısqanclıq zəminində cinayət hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.

Bərbər işləyən 34 yaşlı Pərviz Məmmədov iş yerində öldürülüb. Bir neçə bıçaq xəsarəti alan P. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Cinayəti törətməkdə şübhəli bilinən Eldar adlı şəxs saxlanılıb. Saxlanılan şəxs polisə ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini, P. Məmmədovun iki dəfə onun həyat yoldaşına zəng etdiyini bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.