Arvadından boşanmaq istəməyən kişi 4 uşağını boğdu - CAR-da dəhşət

Arvadından boşanmaq istəməyən kişi 4 uşağını boğdu
Oxunma sayı: 1215

Cənubi Afrika Respublikasında (CAR) dəhşətli qətl hadisəsi baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Sbusiso Mpungose adlı şəxs ondan boşanmaq istəyən müəllim həyat yoldaşı Xolisile Mpungosedan dəhşətli intiqam alıb. Belə ki, kişi Kuhlekonke, Khvezi, Sphesihile və Ayakha adlı 4 uşağını boğaraq qətlə yetirib. Uşaqlar 4, 6, 10, 16 yaşlarında olub.

Həbs edilən Sbusiso hakim qarşısında göz yaşlarını saxlaya bilməyib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi