Arvadını başqa kişi ilə görüb öldürənin məhkəməsi keçirilib

arvadini-basqa-kisi-ile-gorub-oldurenin-mehkemesi-kecirilib
Oxunma sayı: 635

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını namus üstündə öldürməkdə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək Ə.Quliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ə.Quliyevin vəkili çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi iyulun 27-də davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci martın 24-də Yasamal rayonu “Qanlıgöl” yaxınlığında kirayədə yaşayan 43 yaşlı Əkbər Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerində ölüb.

Ə.Quliyev istintaqa ifadəsində deyib ki, həyat yoldaşını yad kişi ilə görüb. Bunun səbəbini soruşduqda qadın həmin şəxsin tanışı olduğunu deyərək, ərinə “işinlə məşğul ol'” söyləyib. Həyat yoldaşının laqeydliyini qəbul edə bilməyən Ə.Quliyev arvadını bıçaqlayıb.

Murad Əhməd