Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...

arvadini-bogan-er-hakim-qarsisinda
Oxunma sayı: 3038

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yastıqla boğaraq öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının məhkəməsi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 1993-cü il təvəllüdlü E.Qəhrəmanlı öldürdüyü arvadı ilə nikahından 2 övladı olduğunu deyib. Onun uşaqlarından birinin 7‚ digərinin 5 yaşı var. 

Tikinti şirkətlərində fəhlə işlədiyini deyən E.Qəhrəmanlı əvvəllər məhkum olunmayıb. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses sentyabrın 24-də davam etdiriləcək. 

İttihama görə, hadisə 2018-ci il yanvarın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb. Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir. E.Qəhrəmanlı arvadının başqa oğlanla telefonda danışdığını eşidib. Daha sonra isə telefonda onların mesajlaşmalarını oxuyub. Bundan sonra arvadını yastıqla boğaraq qətlə yetirib.

Murad Əhməd