Arvadını öldürən kişi həbs olundu

arvadini-olduren-kisi-hebs-olundu
Oxunma sayı: 647

Oktyabrın 1-də Albalılıq yaşayış sahəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Babayevin odlu silahla qətlə yetirilmiş meyiti aşkar edilib. Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Quliyev tutulub/ Ondan TT markalı tapança, bir ədəd patron, R.Babayevə məxsus «Naqan» markalı tapança və ona aid 5 ədəd patron götürülüb.

Oktyabrın 2-də Binə südçülük sovxozunda yaşayanlar Musaxan Şamiyev ailə münaqişəsi zəminində arvadı Nailə Şamıyevanı döyərək öldürdüyünə görə Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Oktyabrın 1-i saat 08:30 radələrində T.Əliyev küçəsində Xırdalan şəhər sakini Elnurə Ələkbərova idarə etdiyi «Mitsubishi» markalı avtomobillə Bakı şəhər sakini Zahib Səmədovu vurub. Yaralı KTM-ə daxil olduqdan sonra orada ölüb.