Arvadını öldürəndən sonra yuyunaraq evdən çıxıb

arvadini-oldurenden-sonra-yuyunaraq-evden-cixib
Oxunma sayı: 3566

Keçmiş arvadının başını kəsərək öldürməkdə təqsirləndirilən İsrail Cəlilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İlqar Murquzovun icraatında olan prosesdə qərar elan edilib.

Belə ki, Biləcəri qəsəbəsi yaşayan İsrail Cəlilov 2017-ci il martın 29-da mübahisə etdiyi keçmiş həyat yoldaşı Aysel Cəlilovanın boğazını bıçaqla kəsib və o, qan itirməsindən ölüb. İki ay öncə boşanan İ.Cəlilov ailəsini yenidən birləşdirmək istəyib. Qayınatasının evinə gələrək keçmiş yoldaşı ilə söhbət edən İ.Cəlilov bu zaman Ayselin mobil telefonuna zəng gəlib. İsrail arvadından zəng edənin kim olduğunu soruşsa da, bir cavab ala bilməyib. Bundan sonra onu öldürmək qərarına gəlib və bu məqsədlə Ayseli hamama çağırıb. Qapını bağlayaraq oradaca da keçmiş yoldaşının boğazını kəsib. Hadisə baş verən zaman Ayselin atası və qardaşı da digər otaqda olublar. Qətli törədən İ.Cəlilov sonra yuyunaraq evdən çıxıb və polis idarəsinə gedərək təslim olub. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsrail Cəlilov 17 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən şikayət edərək daha yüngül cəza verilməsini istəyib. Qərara görə isə hökm qüvvədə saxlanılaraq dəyişdirilməyib.

Murad Əhməd