Arvadını öldürmək üçün təyyarəni evə çırpdı, özü həlak oldu - Video

arvadini-oldurmek-ucun-teyyareni-eve-cirpdi-ozu-helak-oldu
Oxunma sayı: 2169

Botsvanada həyat yoldaşını öldürmək istəyən kişi qəribə üsula əl atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin paytaxtı Qaboronedə yaşanıb. Belə ki, pilot ər arvadı ilə mübahisə etdikdən sonra onu öldürmək məqsədilə təyyarəni evə çırpıb. Nəticədə kişi ölüb, ətrafdakı 11 maşına ziyan dəyib.

Evin sakinləri binanı vaxtında tərk edərək xilas ola biliblər.