Arvadını ona görə boşamışdı - Ayrıldılar

Arvadını ona görə boşamışdı
Oxunma sayı: 2793

Türkiyənin məşhur müğənnisi Kutsi  sevgilisi Feyza Çıpadan ayrılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Vatan” qəzeti məlumat yayıb. 

Qeyd olunub ki, cütlük münasiəbtlərinə birdəfəlik son qoymaq barədə qərara gəliblər. 32 yaşlı Çıpa mövzu ilə bağlı açıqlama yayıb:

“4 il davam edən və hər saniyəsi qiymətli olan bir münasibət yaşadıq. Son dövrlər bəzi mövzularda anlaşılmazlıq yaşandı. Bunu daha çox uzatmaq istəmədik. Düşündük ki, mədəni şəkildə ayrılaq”.

İddia olunur ki, Kutsi Feyza ilə rəsmi nikah bağlamaqdan imtina edib və bu səbəbdən onlar ayrılıblar. 

Qeyd edək ki, Kutsi 7 illik xanımı Sinem Bayraktutardan Feyzaya görə ayrılmışdı. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi