Arvadını və iki uşağını güllələyərək intihar etdi

arvadini-ve-iki-usagini-gulleleyerek-intihar-etdi
Oxunma sayı: 2976

ABŞ-da silahlı insident nəticəsində 4 nəfər ölüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli ABC telekanalı məlumat yayıb.

Məlumata əsasən, hadisə Los-Anceles dairəsinin Santa-Klarita şəhərində baş verib. İlkin ehtimala görə,atəşi ölənlərdən biri açıb. Kişi öz arvadını daha sonra 20 və 11 yaşlı uşaqlarını güllələyib. Sonda isə intihar edib.

Polis hadisənin başvermə səbəblərini araşdırır.