Arvadının maşınını satdı - Başına iş gəldi

Arvadının maşınını satdı
Oxunma sayı: 97

Məşhur pop ulduz Gülşənin əri Ozan Çolakoğlu satdığı maşın səbəbindən başına iş gəlib. 

“Qafqazinfo” xəbər verir ki, Çolakoğlu Gülşənin “Porsche” markalı avtomobilini satmaq qərarına gəlib. O, Murat Dudu adlı şəxslə razılaşıb, 750 min TL-nin qarşılığında maşını ona verib. Dudu ilkin ödəniş kimi 150 min TL nəğd ödəyib. Qalan pulu isə sonra verəcəyini bildirib, sənətçinin ərinə  qəbz təqdim edib. Çolakoğlu həmin qəbzi götürərək banka yaxınlaşıb və həmin qəbzin yararsız olduğunu bilib. 
 
Çolakoğlu mətbuata açıqlamasında dələduzluğa məruz qaldığını söyləyib:

“Xüsusi qəbzlə pulumu ödəyəcəkdi, lakin alınmadı. Həmin şəxs məndən şikayətçi olub.  Guya həmin həmin qəbzi (çeki) imzalamamışam. Mən pulu ala bilmədim, polisə xəbər etdim, onun işinə getdilər. O da anlaşılmazlıq olduğunu söylədi, günahı mənə atdı”. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi