Arxeoloji qazıntılar naməlum dil tapıldı

arxeoloji-qazintilar-namelum-dil-tapildi
Oxunma sayı: 912

Trend-in Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, yeni dilə Diyarbəkirdən 60 kilometr şərqdə Tushan adlanan antik şəhərdə, 2800 il əvvəl mövcud olmuş Assuriya imperatorluğuna məxsus sarayın qalıqları altından tapılan gil lövhəcikdə rast gəlinib.

Uzun müddətdən bəri məhv olmuş və əsasən İranın qərbində yerləşən Zaqros dağlarından gələn xalqlar tərəfindən danışılan dillə bağlı sübutlar bu ərazidə çalışan beynəlxalq tədqiqat qrupundan Kembric Universitetinin arxeoloqu Con Makginnis tərəfindən əldə olunub. Makginnis gil lövhəni tədqiq edərkən orada 60 qadın adını aşkara çıxarıb. Assuriyalıların yürütdükləri kölə siyasətinin qurbanları hesab edilən bu adlardan 45-nin elm adamlarına məlum olan Yaxın Şərq adlarından heç birinə bənzəmədiyi bildirilir.

Bunlardan "Uzhimanay", "Alagahniya", "İrsakinna" və "Bisoonoomay" kimi bəzi adlara linqvistlər indiyədək heç yerdə rast gəlməyiblər. Bunların Zaqros dağlarındakı xalqlara aid itmiş bir dilə aid olduğu güman edilir.