Arzum Türkiyədə filmə çəkilir -Fotolar

arzum-turkiyede-filme-cekilir-fotolar
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, ifaçının Türkiyəyə səfəri istirahətlə bağlı deyil. Belə ki, o yaradıcılıq işləri ilə əlaqədar olaraq qardaş ölkədə olub. Sənətçi bu səfər zamanı özünü fərqli ampluada sınamaq şansı qazanıb. Bir müddət öncə gələn təklifi dəyərləndirən Arzum orda filmə çəkilib. Bildirək ki, film Türkiyənin kino sektorunda uğurlu işlərə imza atmış prodakşn tərəfindən ekranlaşdırılır. Müqavilənin şərtlərinə əsasən müğənni film barədə ətraflı danışa bilməz. Buna görə də filmin adını sirr saxlayan ifaçı sadəcə olaraq rolu barəsində məlumat verməklə kifayətlənib Zadəgan ailənin şıltaq qızı obrazını canlandıran müğənni filmin çəkilişlərinin davam etdiyini bildirib “Filmin çəkilişlərinin əsas hissəsi çəkilib. Sadəcə olaraq hava şəraiti ilə əlaqədar olaraq mövsümün dəyişməsini gözləyirik. Çünki filmin digər hissəsində hadisələr dəniz kənarında, istirahət məkanında cərəyan edir”.

Filmin təqdimatına gəlincə isə müğənni bildirib ki, ilin sonunadək filmin montajiı yekunlaşacaq və çox güman ki, premyerası reallaşacaq. Sözsüz ki, film ilk olaraq Türkiyədə yayımlanacaq. Azərbaycanda təqdim olunması bizim təşkilatçılardan aslıdır. Əgər şirkətlə razılıq əldə olunsa vətənimdə də nümayiş oluna bilər.

Nigar