ASAN Könüllüləri “Qərənfillərin ağladığı gün”ü səhnələşdirəcəklər

asan-konulluleri-qerenfillerin-agladigi-gunu-sehnelesdirecekler
Oxunma sayı: 733

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, ASAN Könüllərinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən guşələr təşkil olunub, məlumatlandırıcı videoçarxlar, təqdimatlar nümayiş etdirilib.

Həmçinin, regionlarda Şəhidlər Xiyabanları ziyarət olunub, Heydər Əliyev Mərkəzləri ilə birgə tədbirlər, fləşmoblar təşkil olunub.

Eyni zamanda ASAN Könüllüləri “Qərənfillərin ağladığı gün” adlı teatrı səhnələşdirəcəklər.