“ASAN Xidmət”lə bağlı tədbir keçirildi

asan-xidmetle-bagli-tedbir-kecirildi-
Oxunma sayı: 673

“Qafqazinfo” xəbər verir ki, tədbirdə İctimai Birliyin sədri Xanım Əhmədzadə layihənin məqsədi, vəzifələri və görülmüş işlər barədə məlumat verib. X. Əhmədzadə bildirib ki, “ASAN Xidmət” Mərkəzlərinin fəaliyyəti vətəndaşın vaxtına qənaət edilməsinə, onların rahat, nəzakətli davranış mühitində dövlət xidmətlərini əldə etməsinə hesablanıb və bu xidmət fəaliyyəti sosial problemlərin həlli sahəsində aparılan institusional islahatların səmərəliliyinin yüksəldilməsinə bir töhfədir.

Hüquqşünas İsaməddin Xamoyev isə iştirakçılara əhalinin sosial problemlərinin, rifahının, həyat tərzinin, yaşayış minimumu və ehtiyac meyarının daha yüksək səviyyədə təminatı haqqında olan qanunlar, fərmanlar və digər hüquqi aktlar, dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən sosial xidmətlərin təkmilləşdirilməsi barədə məlumat verib.

“Xidmət –İş” Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti, “Həyati vacib məsələlər” layihəsinin Azərbaycan üzrə koordinatoru Cəmaləddin İsmayılov isə çıxışında Dövlət Agentliyinin əsas ideyası vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sosial problemlərin həllində ASAN Xidmət Mərkəzlərinin rolu” layihəsini 1 aprel 2013-cü il tarixindən həyata keçirməyə başlayıb.