Aşan yük maşını yola ziyan vurdu - Video

asan-yuk-masini-yola-ziyan-vurdu
Oxunma sayı: 2297

Bakı Dairəvi-1 avtomobil yolunda aşan yük maşını ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təxili olaraq xəstəxanaya çatdırılıb.

Qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb. Hal-hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.

Qeyd edək ki, ağır tonajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər-hansı bir bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.

Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.