ASB Bankda 137 məlumat mərkəzi fəaliyyətə başlayıb

asb-bankda-137-melumat-merkezi-fealiyyete-baslayib
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhəri daxilində stasionar telefonlardan və mobil operatorlardan birbaşa 137 olaraq yığılan nömrə, şəhərdən kənar ərazilərdə 012-137 olaraq yığılmalıdır.
Bu xidmət Azərbaycanın ilk taksit kartı olan “Extra Card” layihəsi ilə eyni zamanda həyata keçirilir. ASB Bank-ın 137 məlumat mərkəzi ilə müştərilərin Bank məhsul və xidmətlərinə dair müraciətlərinin cavablandırılması,müştəri xidmətləri keyfiyyətinin və məmnuniyyətinin artırılması da nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildən fəaliyyətə başlayıb. Bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 571 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı isə 25.994, cəmi müştərilərinin sayı isə 46.000 –dən çoxdur.

Gülnar