ASB-dən bayram krediti

asb-den-bayram-krediti-
Oxunma sayı: 653

Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, 20 Mart 2012-ci il tarixinədək davam edəcək kampaniya çərçivəsində 12 ay müddətinə 2000 AZN-dək kreditlər təklif olunur. Bayram kreditinin ən cəlbedici özəlliyi ondan ibarətdir ki, bu kredit illik 14%-lə, üstəlik heç bir bank xərci və komissiya haqqı olmadan təqdim edilir. Sadəcə Şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və 1 zamin təqdim olunmaqla kredit əlavə xərc olmadan təqdim edilir. Bayram krediti kampaniyasından faydalanmaq istəyənlər əlavə məlumatı www.bayramkrediti.az saytından, krediti isə ən yaxın filialdan əldə edə bilərlər.

Xatırladaq ki, 1996-cı ildən etibarən fəaliyyət göstərən Azərbaycan Sənaye Bankı fiziki və hüquqi şəxslərə müxtəlif növ bank xidmətləri göstərir. 2012-ci ilin 1 Mart tarixinə, Azərbaycan Sənaye Bankının aktivləri 161,7 mln. manat, bankın kredit portfeli 138,2 mln. manat, depozit portfeli isə 89,1 mln. manat təşkil edib. Cari ilin fevral ayına görə bankın məcmu kapitalı 29,4 mln. manata, o cümlədən nizamnamə kapitalı 24,0 mln. manata çatıb. Hal hazırda bankın ölkə üzrə 8 filialı, 1 şöbəsi, 34 bankomatı və 354 POS-terminalı fəaliyyət göstərir.

Nigar Məmmədli