Asif Əsgərov BSU-da tədbirdə

asif-esgerov-bsu-da-tedbirde
Oxunma sayı: 1240

Bakı Slavyan Universitetində Bilik gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri Elman Nəsirov, Sevinc Fətəliyeva, Yunanıstan, Rusiya, Ukrayna, Çexiya, Belarus dövlətlərinin Azərbaycandakı səfirliklərinin nümayəndələri və media nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva tələbələri yeni tədris ili münasibətilə təbrik edərək onlara dərslərində uğurlar arzulayıb.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Prezident İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, Nəsimi rayonu ərazisində yerləşən ali və orta məktəblərdə həm təhsilin səviyyəsinə, həm də müəssisələrin vəziyyətinə ciddi fikir verilir. İcra başçısı qeyd edib ki, Nəsimi rayonu ərazisindəki təhsil ocaqlarında, habelə səhiyyə mərkəzlərində yaradılan münbit şərait, onların texniki avadanlıqlarla təmin olunması müasir təhsil və səhiyyə sisteminin ölkəmizdə inkişafının göstəricisidir. 

Tədbirdə bu il Bakı Slavyan Universitetinə yüksək bal toplayaraq qəbul olan tələbələrdən bir qrupu hədiyyələrlə mükafatlandırılıblar.