Asif Əsgərov sakinlərlə görüşdü - Fotolar

asif-esgerov-sakinlerle-gorusdu
Oxunma sayı: 2232

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləyib. “Qafqazinfo” xəbər verir ki, qəbulda Azərbaycan Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev iştirak edib. 

Sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda müraciətlər ediblər. 

Sakinlərdən Səlimov Namiq, Abdullayev İsmayıl, Dünyamalıyev Hüseyn, Allahverdiyev Zakir, Məhərrəmov Ədalət, İmanov Əsədulla, Dilənova Yamən, Hacıyeva Nuridə, Quliyeva Zümrüd və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, liftlərin təmiri, məişət tullantıları yerinin dəyişdirilməsi, asfalt örtüyünün təmiri, su xətlərinin çəkilişi, yaşıllıqların suvarılması, damlardakı su çənlərinin yığışdırılması, avtomobillərin həyətdə hərəkəti barədə müraciətlər edib, təkliflər irəli sürüblər. 

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.